
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 27 Sentyabr - Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən aksiya zamanı universitetin professor-müəllim heyətinin iştirakı ilə ərazidə 300 ədəd Eldar şamı və Çinar ağacı əkilib.
















