Həftə içi 09:00 – 18:00 thik@adau.edu.az
Tələbə dəstək xətti +994 99 822 20 44 Zəng et
ADAU THİK
Tədbir 2

ADAU-da 27 Sentyabr – Anım Günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.


Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.


ADAU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Əhməd Məlikov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasında mühüm rol oynadığını vurğulayıb.


Daha sonra Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığından bəhs edən videoçarx nümayiş etdirilib.


Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov və Gəncə Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Əli Həsənzadə şəhidlərin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb, onların göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində əbədi yaşayacağını bildiriblər.


ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Çinarə Səfərova Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli iradəsi və həmrəyliyindən söz açıb, şəhidlərin həyat və döyüş yolunun gənc nəslə örnək olduğunu qeyd edib.


Ehtiyatda olan zabit, baş leytenant Kənan Məlikov Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin göstərdiyi şücaətdən danışaraq, döyüş yoldaşlarının qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu deyib.


Şəhid Rəşad Ələkbərovun anası Nailə Ələkbərova və şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidov övladlarının həyat və döyüş yolundan bəhs edərək, şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.


Tədbirdə universitetin tələbələri Leyla Tağıyeva, Fatimə İsgəndərova, Xalidə Nəbiyeva və Ruslan Novruzəliyevin ifasında Vətənə, şəhidlərə və qəhrəman Azərbaycan əsgərinə həsr olunan şeirlər səsləndirilib.

Instagramda paylaş
Hazırlanır…

Story hazırdır

«Paylaş» düyməsinə basın və açılan siyahıdan «Instagram → Story» seçin.

Şəkli yüklə