Müəllimlər Gününüz mübarək!
Hörmətli müəllimimiz!
Tələbə Həmkarlar İttifaqı Komitəsi və universitetimizin bütün tələbələri adından Sizi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Auditoriyada keçirdiyiniz hər dərs, verdiyiniz hər məsləhət və göstərdiyiniz səbr bizim üçün yalnız bilik deyil, həm də yol göstərən bir işıqdır. Torpağı, elmi və zəhməti sevməyi bizə siz öyrədirsiniz.
Aqrar elmin gələcəyini quran hər bir məzunun uğurunda sizin əməyinizin və qəlbinizin bir parçası var. Bunun üçün Sizə dərin minnətdarıq.
Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Nizami MəmmədovRəyasət Heyətinin sədri


