Будни 09:00 – 18:00 thik@adau.edu.az
Линия поддержки студентов +994 99 822 20 44 Позвонить
ADAU THİK
№ 23-10/1-015-2026 Əmr

Komitənin təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi və yeni vəzifələrin təsis edilməsi haqqında

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Komitədə iş bölgüsünün düzgün təşkili və müvafiq strukturun formalaşdırılması məqsədilə “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Komitədə iş bölgüsünün düzgün təşkili və müvafiq strukturun formalaşdırılması məqsədilə “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq


ƏMR EDİRƏM


1.Komitənin təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə aşağıdakı yeni vəzifələr təsis edilsin:

1.1. Sədrin əcnəbi tələbələrlə iş üzrə müavini;

1.2. Sədrin referantı;

1.3. Baş protokol katibi;

1.4. Layihələr üzrə menecer;

2.Bu əmrin 1-ci bəndində nəzərdə tutulan vəzifələrin fəaliyyət istiqamətləri, funksional öhdəlikləri, səlahiyyət hədləri və hesabatlılıq qaydaları Komitənin sədri tərəfindən təsdiq edilən müvafiq vəzifə təlimatları ilə müəyyən edilsin.

3.Yeni təsis edilən vəzifələr üzrə təyinatlar Komitənin Nizamnaməsinə və qüvvədə olan daxili normativ sənədlərinə uyğun olaraq ayrıca əmrlərlə rəsmiləşdirilsin.

5.Yeni vəzifələrin təsis edilməsi ilə əlaqədar Komitənin mövcud təşkilati strukturunda zəruri uyğunlaşdırmalar aparılsın, struktur bölmələrinin funksiyaları və qarşılıqlı fəaliyyət mexanizmləri yenidən nəzərdən keçirilsin.

6.Bu əmr imzalandığı tarixdən qüvvəyə minsin.

7.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.


Nizami Məmmədov

Rəyasət heyətinin sədri

26 sentyabr 2026-cı il

Gəncə şəhəri



ƏMR № 23-10_1-015-2026 · ADAU THİK.pdfPDF · 532 KB
Скачать
Готовый шаблон для Instagram StoriesИзображение 1080×1920 с номером, названием и текстом приказа

Все приказы

Готовим…

Сторис готова

Нажмите «Поделиться» и выберите «Instagram → Stories».

Скачать изображение