Komitə sosial məsuliyyət çərçivəsində tələbələrin hüquq və qanuni mənafelərinin müdafiəsinə dəstək göstərməyi, sosial təşəbbüsləri və könüllülük fəaliyyətini təşviq etməyi, həssas qrupların ehtiyaclarına diqqət yetirməyi, ayrı-seçkiliyə yol verilməməsini və inklüziv mühitin formalaşdırılmasını hədəfləyir.
ADAU THİK həyata keçirdiyi layihə və tədbirlərdə etik davranış, şəffaflıq, hesabatlılıq, insan ləyaqətinə hörmət və ictimai fayda prinsiplərini rəhbər tutur. Eyni zamanda, tələbələrin sosial, intellektual və şəxsi inkişafına, ekoloji məsuliyyətin artırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir.
Bu siyasət Komitənin sosial məsuliyyət istiqamətində fəaliyyətinin əsas çərçivəsini müəyyən edir və tələbəyönümlü, məsuliyyətli, inklüziv və dayanıqlı universitet mühitinin formalaşdırılmasına xidmət edir.