Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin yenidən təşkili, idarəetmə strukturunun təkmilləşdirilməsi və yeni tədris ili üçün qarşıda duran hədəflərə uyğun heyətin formalaşdırılması məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Tələbə Həmkarlar İttifaqı Komitəsinin mövcud idarə heyəti (sədr müavinləri və büro üzvləri) tutduqları vəzifələrdən azad edilsinlər və Komitənin mövcud heyəti tam tərkibdə buraxılsın.
2. Vəzifəsindən azad edilən şəxslər Komitənin sənədləşmə və maddi-texniki bazası üzrə təhviltəslim işlərini Nizamnaməyə uyğun olaraq 1 (bir) iş günü müddətində həyata keçirsinlər.
3. Əmrin nüsxəsi Komitənin rəsmi internet səhifəsində yerləşdirilsin və universitetin bütün fakültə və struktur bölmələrinə çatdırılsın.
4. Əmr imzalandığı gündən qüvvəyə minir
Nizami Məmmədov
Rəyasət heyətinin sədri
24 sentyabr 2026-cı il
Gəncə şəhəri