Будни 09:00 – 18:00 thik@adau.edu.az
Линия поддержки студентов +994 99 822 20 44 Позвонить
ADAU THİK
Tədbir 3

ADAU DİM-in təşkil etdiyi sərgidə iştirak edib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edib.


Sərgi çərçivəsində universitetin stendini ziyarət edən abituriyentlərə ADAU-da həyata keçirilən tədris prosesi, ixtisas istiqamətləri, beynəlxalq proqramlar, təqaüd imkanları və tələbələr üçün yaradılan şərait barədə məlumat verilib. Eyni zamanda, universitet əməkdaşları ziyarətçiləri maraqlandıran sualları cavablandıraraq qəbul prosesi və təhsil imkanları ilə bağlı ətraflı izahat təqdim ediblər.


Qeyd edək ki, ali təhsil müəssisələrinin sərgisi abituriyentlərin ixtisas seçiminə dəstək göstərilməsi, onların universitetlərin təhsil imkanları ilə yaxından tanış olmaları məqsədilə təşkil edilir.

Instagramda paylaş
Готовим…

Сторис готова

Нажмите «Поделиться» и выберите «Instagram → Stories».

Скачать изображение