Weekdays 09:00 – 18:00 thik@adau.edu.az
Student support line +994 99 822 20 44 Call
ADAU THİK
9

Birinci kurs tələbələrinə ADAU-da onları gözləyən imkanlar barədə məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində və tələbə evlərində yeni qəbul olunmuş birinci kurs tələbələri ilə silsilə görüşlər təşkil olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fakültələrində və tələbə evlərində yeni qəbul olunmuş birinci kurs tələbələri ilə silsilə görüşlər təşkil olunub.


Görüşlərdə Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Aidə Qasımova iştirak edib. O, gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edərək, yeni tədris ilində onlara uğurlar arzulayıb.


Görüşlərin əsas məqsədi birinci kurs tələbələrinin ali məktəb mühitinə və tədris prosesinə daha asan uyğunlaşmasına, universitetin daxili nizam-intizam qaydaları ilə yaxından tanış olmasına dəstək vermək, eləcə də tələbələrlə sağlam və açıq dialoq mühiti formalaşdırmaqdır.


Fakültələrdə tələbələr qarşısında çıxış edən Aidə Qasımova gənclərin milli-mənəvi dəyərlərə sadiq, sağlam dünyagörüşlü və yüksək vətənpərvərlik ruhunda yetişməsinin əhəmiyyətindən danışıb. O, tələbələrə seçdikləri ixtisasların gələcək karyera və inkişaflarında mühüm rol oynadığını diqqətə çatdıraraq, dərslərə məsuliyyətlə yanaşmağın peşəkar mütəxəssis kimi formalaşmağın əsas şərtlərindən biri olduğunu vurğulayıb. Prorektor, həmçinin akademik biliklərlə yanaşı, gənclərin ictimai fəallığının artırılmasının və asudə vaxtlarının səmərəli təşkilinin vacibliyini qeyd edib.


Tələbə evlərindəki görüşlərdə Aidə Qasımova tələbələrlə söhbət edib, onların məişət qayğıları və yaşayış şəraiti ilə maraqlanıb. O, Tələbə evlərinin gənclərdə müstəqil həyat bacarıqlarının formalaşmasına, kollektivdə yaşamaq və qarşılıqlı hörmət prinsiplərinin mənimsənilməsinə mühüm töhfə verdiyini bildirib. Tələbələrə asudə vaxtlarını birgə və faydalı keçirməyi, mütaliəyə və fərdi inkişafa vaxt ayırmağı tövsiyə edən prorektor tələbə evlərində daxili nizam-intizam qaydalarına ciddi riayət olunmasının vacibliyini də diqqətə çatdırıb.


Görüşdə iştirak edən ADAU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Nizami Məmmədov isə təşkilatın əsas fəaliyyət istiqamətləri və tələbələrin sosial hüquqlarının müdafiəsi barədə məlumat verib. O, tələbələr üçün mütəmadi təşkil olunan intellektual oyunlar, idman yarışları və mədəni tədbirlərdən bəhs edərək, gəncləri THİK-in layihələrində fəal iştirak etməyə dəvət edib.


İnteraktiv və səmimi diskussiya şəraitində davam edən görüşlərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

Instagramda paylaş
Preparing…

Your story is ready

Tap “Share” and choose “Instagram → Story” from the list.

Download image