Həftə içi 09:00 – 18:00 thik@adau.edu.az
Tələbə dəstək xətti +994 99 822 20 44 Zəng et
ADAU THİK
8 Noyabr — Zəfər Günü Qarabağ Azərbaycandır!
44

Qələbə sevinci ADAU-da əcnəbi tələbələri bir araya gətirib

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq Təbabəti fakültəsində təntənəli tədbir təşkil olunub.

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq Təbabəti fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təntənəli tədbir təşkil olunub.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Əhməd Məlikov Zəfər qələbəsinin Azərbaycan dövlətinin gücünü, xalqın sarsılmaz iradəsini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib. O, bu tarixi qələbənin gənc nəsil üçün böyük vətənpərvərlik məktəbi olduğunu qeyd edərək tələbələrin Vətənə bağlılıq, dövlətçilik ənənələrinə sədaqət və milli dəyərlərə hörmət ruhunda yetişməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Fakültənin dekanı Zahir Ələsgərov çıxış edərək Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən danışıb, bu şanlı qələbənin milli qürur, birlik və həmrəyliyin təcəssümü olduğunu vurğulayıb.

Yoluxmayan daxili xəstəliklər kafedrasının müdiri Arif Tağıyev və dosent Dursun Adıgözəlova isə Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayaraq, şəhidlərin qəhrəmanlığının və qazilərin fədakarlığının gənc nəsil üçün örnək olduğunu qeyd ediblər.

Tədbirin bədii hissəsində milli rəqslər, musiqi ifaları, tar ifası və şeir nümunələri təqdim olunub. Əcnəbi tələbələrin də proqramda fəal iştirakı diqqət çəkib. Onların Vətən sevgisi, sülh və azadlıq mövzularında səsləndirdikləri şeirlər tədbirə xüsusi rəng qataraq müxtəlif xalqların ortaq mənəvi dəyərlər ətrafında birliyini nümayiş etdirib.

Instagramda paylaş
Hazırlanır…

Story hazırdır

«Paylaş» düyməsinə basın və açılan siyahıdan «Instagram → Story» seçin.

Şəkli yüklə