Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təcrübə təsərrüfat sahəsinə səfər təşkil edilib.

“Kod: Könüllü” layihəsi çərçivəsində iştirakçılar Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun təcrübə təsərrüfat sahəsi ilə yaxından tanış olublar. Ekskursiya zamanı onlar əkilən bitkilər, tətbiq olunan texnologiyalar və sahədə aparılan yenilikçi kənd təsərrüfatı proseslərini yerində müşahidə ediblər. #aik #agrovolunteers #aqrargələcəkgənclərlə #AKTİ
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub.

“Kod: Könüllü” layihəsi çərçivəsində iştirakçılarla birlikdə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub. Səfər boyu iştirakçılar suallar verib, mütəxəssislə fikir mübadiləsi aparıb, nəzəri biliklər əldə ediblər. #aik #agrovolunteers #aqrargələcəkgənclərlə #AKTİ
“Kod: Könüllü” layihəsinin ilk günü

Konstitusiya və Suverenlik ilinə həsr edilmiş “Kod: Könüllü” layihəsi çərçivəsində keçiriləcək yarışma haqqında təlimatlandırma proqramı Xəzər İntellektual Gənclər Klubunun rəhbəri Azad Manafov tərəfindən iştirakçılara təqdim edilib. #aik #agrovolunteers #aqrargələcəkgənclərlə #AKTİ
Yazıçı Mahir Hüseynovla görüş keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi, Universitetin Əsaslı kitabxanası və Bookzone kitab evinin birgə təşkilatçılığı ilə “Oxucularla Görüş” adlı tədbir keçirilib. Görüşün ilk qonağı Rəşadət ordenli hərbçi, yazıçı, ehtiyatda olan mayor Mahir Hüseynov olub. Mahir Hüseynov müəllif kimi keçdiyi döyüş yolu, yazdığı yeni əsərlər və oxucularla olan mənəvi bağ haqqında danışıb. Sonda […]
Sosial Məsuliyyətlilik Siyasəti
Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) olaraq, tələbələrin rifahını yüksəltmək, cəmiyyətə töhfə vermək və ətraf mühitə qarşı məsuliyyətli yanaşmanı təşviq etmək bizim əsas dəyərlərimizdəndir. Bu məqsədlə hazırlanmış Sosial Məsuliyyətlilik Siyasəti, fəaliyyətlərimizi şəffaf və davamlı inkişaf prinsiplərinə uyğun şəkildə yönləndirmək üçün əsas çərçivə rolunu oynayır. Bu sənəd, Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) ilə uzlaşan […]
VAKANSİYA ELAN EDİRİK!

Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi olaraq komanda sıralarımıza yeni üzvlər axtarırıq! Əgər sən də: Təşkilatçılıq bacarıqlarına sahibsənsə, Sosial aktivsənsə, Komanda ruhuna malik, məsuliyyətli və təşəbbüskar bir tələbəsənsə — elə indi müraciət et! Aşağıdakı vəzifələr üzrə vakansiyalar açıqdır: -İctimaiyyətlə əlaqələr üzrə sədr müavini -Ümumi işlər üzrə sədr müavini -Klub meneceri -Protokol və beynəlxalq […]
“Oxucularla Görüş” adlı yeni silsilə tədbirlərə start verilib.

Azərbaycan Dövlət Aqrar Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bookzone birgə təşkilatçılığı ilə “Oxucularla Görüş” adlı yeni silsilə tədbirlərə start verilir! Bu layihənin məqsədi tələbələri müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış müəllif və şəxsiyyətlərlə bir araya gətirmək, onların həyat və yaradıcılıq yoluna işıq tutmaqdır. İlk qonağımız – Rəşadət ordenli hərbçi-yazar Mahir Tarix: 17 aprel Saat: 12:00 […]
Sədr
Məmmədov Nizami Zaur oğlu Mammadov Nizami Zaur – was born in 2002 in Ganja, Azerbaijan. In 2019, he was admitted to the Faculty of Veterinary Medicine at the Azerbaijan State Agricultural University (ADAU). He continued his studies at the University of Tuscia (Università degli Studi della Tuscia) in Italy in 2022 and graduated from ADAU […]
Od çərşənbəsi münasibətilə “Tonqal şənliyi” keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Od çərşənbəsi münasibətilə “Tonqal şənliyi” keçirilib. Şənlikdə iştirak edən Universitetin rektoru Zəfər Qurbanov tələbələri Od çərşənbəsi münasibətilə təbrik edərək, milli bayram və adət-ənənələrə sadiqliyin vacibliyini diqqətə çatdırıb. Sonra bayram tonqalı alovlandırılıb. Daha sonra müsiqi sədaları altında tələbələr rəqs edib, […]
“Xocalı – faciədən doğan intiqam” adlı tədbir keçirilib.

ADAU Əsaslı kitabxanası, Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatı (TGT)-nin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı – faciədən doğan intiqam” adlı tədbir keçirilib. Əsaslı kitabxananın foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisinə baxışdan sonra təşkil olunan tədbirdə ilk öncə Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda […]
