Məqsəd 5: Gender bərabərliyi və Məqsəd 10: Azaldılmış bərabərsizliklər

Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək təlim “Gender stereotipləri və onların psixoloji təsiri; gender bərabərliyi və psixi sağlamlıq” mövzusuna həsr olunub.

Təlim universitetin psixoloqu Turanə Xəlilova tərəfindən keçiriləcək.

Təlim çərçivəsində:
🔹 Gender stereotiplərinin formalaşma səbəbləri
🔹 Sosial və psixoloji təsirlər
🔹 Gender bərabərliyi və inklüziv cəmiyyət anlayışı
🔹 Psixi sağlamlığın qorunması və sosial rifah
🔹 SDG 5 və SDG 10 çərçivəsində müasir yanaşmalar

mövzuları ətrafında müzakirələr aparılacaq.

📅 19 may
🕛 12:00
📍 Aqronomluq və Zoomühəndislik fakültəsi, 239-cu auditoriya

📌 Gender bərabərliyi, inklüzivlik və sağlam sosial mühitin formalaşdırılması istiqamətində maarifləndirmənin artırılması məqsədilə hər kəsi təlimdə iştirak etməyə dəvət edirik.