Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunacaq.
Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək təlim “Yoluxucu xəstəliklər və pandemiyalara hazırlıq” mövzusuna həsr olunub.
Təlim Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının assistenti Nərmin Ələsgərova tərəfindən keçiriləcək.
Təlim çərçivəsində:
🔹 Yoluxucu xəstəliklərin yayılma mexanizmləri
🔹 Pandemiya riskləri və qlobal təcrübələr
🔹 Profilaktik tədbirlərin əhəmiyyəti
🔹 İctimai sağlamlıq və maarifləndirmə
🔹 Dayanıqlı İnkişaf Məqsədi 3 çərçivəsində beynəlxalq yanaşmalar
mövzuları ətrafında müzakirələr aparılacaq.
📅 18 may
🕒 15:00
📍 Aqronomluq və Zoomühəndislik fakültəsi, 239-cu auditoriya
📌 Sağlam və dayanıqlı cəmiyyətin formalaşdırılması istiqamətində bilik və maarifləndirmənin artırılması məqsədilə hər kəsi təlimdə iştirak etməyə dəvət edirik.
