Toğrul Şahin oğlu Qəhrəmanlının təyinatı haqqında

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Komitədə iş bölgüsünün düzgün təşkili və müvafiq strukturun formalaşdırılması məqsədilə “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM
  1. Toğrul Şahin oğlu Qəhrəmanlı  – İcra və fəaliyyətlər üzrə sədr müavini vəzifəsinə təyin edilsin.
  2. Təyin olunan şəxs Komitənin Nizamnaməsinə uyğun öz vəzifə səlahiyyətlərini icra etsin.
  3. Əmrin nüsxəsi Komitənin rəsmi internet səhifəsində yerləşdirilsin və universitetin bütün fakültə və struktur bölmələrinə çatdırılsın.
  4. Əmr imzalandığı gündən qüvvəyə minir.
  5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 

Nizami Məmmədov

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Gəncə şəhəri, 14 aprel 2026-cı il