Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Universitetin İnzibati binasında keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub sonra Dövlət Himni səsləndirilib.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov qadınların cəmiyyətin inkişafında, elmin və təhsilin tərəqqisində mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, Azərbaycan qadınları tarix boyu öz zəhməti, biliyi və fədakarlığı ilə ölkənin ictimai-siyasi və sosial həyatına dəyərli töhfələr veriblər. Qeyd olunub ki, universitetdə çalışan xanım əməkdaşlar və təhsil alan tələbə qızlar da elm və təhsil sahəsində fəal iştirak edir, əldə etdikləri nailiyyətlərlə universitetin inkişafına mühüm töhfə verirlər.
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Baytarlıq təbabəti fakültəsində də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə qadınların cəmiyyətdəki rolu və onların fədakarlığı ilə bağlı çıxışlar edilib. Həmçinin, tədbirdə şeirlər, mahnılar səsləndirilib, fakültə əməkdaşlarına və tələbələrə gül və hədiyyələr təqdim edilib.
