Birləşmiş Millətlər Təşkilatının 2030 Dayanıqlı İnkişaf Gündəliyi çərçivəsində və universitetin dayanıqlı inkişaf sahəsində institusional mövqeyinin gücləndirilməsi məqsədilə, “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 5.1 yarımbəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM
Azərbaycan Dövlət Aqrar Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin tabeliyində SDG Hub (Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzi) və Nizamnaməsi yaradılsın.
-
SDG Hub-ın fəaliyyət istiqamətləri, idarəetmə və vəzifələri Nizamnaməsinə uyğun olaraq həyata keçirilsin.
-
Komitənin struktur bölmələri SDG Hub-ın fəaliyyətinə zəruri təşkilati və informasiya dəstəyini təmin etsinlər.
-
Əmr imzalandığı gündən qüvvəyə minir.
-
Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: S. Quliyevin təhriri məruzəsi.