Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Xəzər İntellektual Gənclər Klubunun əməkdaşlığı ilə “Universitet Liqası” çərçivəsində “Bilik Kuboku” layihəsi uğurla həyata keçirildi.
Dörd həftə davam edən layihə tələbələrin intellektual biliklərini inkişaf etdirmək, sağlam rəqabət mühitini gücləndirmək və komanda ruhunu stimullaşdırmaq məqsədi daşıyırdı. Liqa formatında təşkil olunan yarışın hər həftəsi fərqli mərhələləri, dinamik oyun strukturu və yüksək motivasiyası ilə seçildi.
Yarış boyunca iştirak edən komandalar müxtəlif mövzularda suallarla qarşılaşaraq biliklərini sınağa çəkdilər. Gərgin və bir o qədər də əyləncəli mübarizə nəticəsində “Ağ-qara” komandası finalda üstünlüyü ələ keçirərək Bilik Kuboku’nun qalibi oldu.
Qalib komanda xüsusi diplom və hədiyyələrlə təltif edildi. Bu layihənin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Xəzər İntellektual Gənclər Klubuna təşəkkür edir, iştirak edən bütün komandaları təbrik edirik.
Layihənin ümumi görüntülərini təqdim edirik.
#ADAU #THİK #UniversitetLiqası #BilikKuboku #İntellektualYarış