Zoomühəndislik fakültəsinin sədr müavininin təyinatı haqqında
Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Komitədə iş bölgüsünün düzgün təşkili və müvafiq strukturun formalaşdırılması məqsədilə “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM
- Hacı Pərviz oğlu İsmayılov – Zoomühəndislik fakültəsinin sədr müavini vəzifəsinə təyin edilsin.
- Təyin olunan şəxs Komitənin Nizamnaməsinə uyğun öz vəzifə səlahiyyətlərini icra etsin.
- Əmrin nüsxəsi Komitənin rəsmi internet səhifəsində yerləşdirilsin və universitetin bütün fakültə və struktur bölmələrinə çatdırılsın.
- Əmr imzalandığı gündən qüvvəyə minir.
- Əmrin icrasına nəzarət Zoomühəndislik fakültəsinin sədrinə (İ.Məmmədov) həvalə edilsin.
Nizami Məmmədov
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Gəncə şəhəri, 24 noyabr 2025-ci il
