Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi, Universitetin Əsaslı kitabxanası və Bookzone kitab evinin birgə təşkilatçılığı ilə “Oxucularla Görüş” adlı tədbir keçirilib.
Görüşün ilk qonağı Rəşadət ordenli hərbçi, yazıçı, ehtiyatda olan mayor Mahir Hüseynov olub. Mahir Hüseynov müəllif kimi keçdiyi döyüş yolu, yazdığı yeni əsərlər və oxucularla olan mənəvi bağ haqqında danışıb.
Sonda müəllif oxucularına imzalı kitab hədiyyə verib.