Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.
Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim SDG 6 – “Təmiz su və sanitariya” məqsədinə həsr olunub.
Təlim Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri Allahverdiyeva Könül tərəfindən keçirilib.
Təlim zamanı su ehtiyatlarının qorunması, dayanıqlı su idarəçiliyi, su təhlükəsizliyi, sanitariya sistemlərinin əhəmiyyəti və iqlim dəyişikliklərinin su resurslarına təsiri mövzuları ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin əsas məqsədi tələbə və gənclər arasında təmiz su və sanitariya sahəsində maarifləndirmənin artırılması, ekoloji məsuliyyət anlayışının təşviqi və Dayanıqlı İnkişaf Məqsədi 6 istiqamətində biliklərin gücləndirilməsi olub.
