ADAU və GDAK-da SDG 2 çərçivəsində növbəti təlim keçirilib

zərbaycan Dövlət Aqrar Universitetində (ADAU) və Gəncə Dövlət Aqrar Kollecində (GDAK) keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.

ADAU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan təlim “Qlobal aclığın səbəbləri və dinamikası” mövzusuna həsr olunub.

Təlim Qida mühəndisliyi və şərabçılıq kafedrasının assistenti, texnika üzrə fəlsəfə doktoru Ağayeva Südabə Qalib qızı tərəfindən keçirilib.

Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən biri olan SDG 2 – “Aclığa son” məqsədi çərçivəsində qlobal ərzaq təhlükəsizliyi problemləri, aclığın sosial-iqtisadi səbəbləri, iqlim dəyişikliyinin qida təminatına təsiri və dayanıqlı kənd təsərrüfatının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq yanaşmalar və müasir çağırışlar ətrafında fikir mübadiləsi həyata keçirilib. Eyni zamanda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və onların fikir və təklifləri dinlənilib.

Tədbirin əsas məqsədi tələbə və gənclər arasında dayanıqlı inkişaf prinsiplərinin təşviqi, ərzaq təhlükəsizliyi və qlobal aclıq problemləri barədə maarifləndirmənin artırılması, eləcə də SDG 2 istiqamətində biliklərin gücləndirilməsi olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində 1–31 may tarixlərini əhatə edən Dayanıqlı İnkişaf Ayı çərçivəsində müxtəlif mövzularda silsilə təlim, seminar və maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.