Məqsəd 2: Aclığa son

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Dayanıqlı İnkişaf Ayı çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək təlim “Qlobal aclığın səbəbləri və dinamikası” mövzusuna həsr olunub.

Təlim Qida mühəndisliyi və şərabçılıq kafedrasının assistenti, t.f.d. Ağayeva Südabə Qalib qızı tərəfindən keçiriləcək.

Təlim çərçivəsində:
🔹 Qlobal ərzaq təhlükəsizliyi problemləri
🔹 Aclığın sosial-iqtisadi səbəbləri
🔹 İqlim dəyişikliyinin qida təminatına təsiri
🔹 Dayanıqlı kənd təsərrüfatının əhəmiyyəti
🔹 SDG 2 çərçivəsində beynəlxalq yanaşmalar

mövzuları ətrafında müzakirələr aparılacaq.

📌 Dayanıqlı gələcəyin formalaşdırılması istiqamətində bilik və maarifləndirmənin artırılmasına töhfə vermək məqsədilə hər kəsi təlimdə iştirak etməyə dəvət edirik.