Milli prioritetlərdən qlobal hədəflərə doğru

Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Aqrar Kollecində 1–31 may tarixlərini əhatə edən Dayanıqlı İnkişaf Ayı elan olunur.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin SDG Hub – Dayanıqlı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək bu ay çərçivəsində silsilə tədbirlərin, təşəbbüslərin və maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Təşəbbüsün əsas məqsədi dayanıqlı inkişaf prinsiplərinin təşviqi, gənclərin sosial və ekoloji məsuliyyətinin artırılması, milli prioritetlər ilə qlobal inkişaf məqsədləri arasında əlaqənin daha da gücləndirilməsidir.

Ay ərzində keçiriləcək tədbirlər vasitəsilə tələbələrin və gənclərin dayanıqlı inkişaf istiqamətində bilik və bacarıqlarının artırılması, onların aktiv iştirakının təmin olunması hədəflənir.

Dayanıqlı gələcəyin formalaşmasında birgə iştirak edək.