Nəbi Mübarizoviç Xəlilov haqqında

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Komitədə iş bölgüsünün düzgün təşkili və müvafiq strukturun formalaşdırılması məqsədilə “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM
  1. Nəbi Mübarizoviç Xəlilov  – Torpaqşünaslıq və Aqrokimya fakültəsinin sədri vəzifəsindən azad edilsin.
  2. Əmrin nüsxəsi Komitənin rəsmi internet səhifəsində yerləşdirilsin və universitetin bütün fakültə və struktur bölmələrinə çatdırılsın.
  3. Əmr imzalandığı gündən qüvvəyə minir.
  4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 

Nizami Məmmədov

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Gəncə şəhəri, 14 aprel 2026-cı il