Tələbə Həmkarlar İttifaqı Komitəsinin heyət üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi, təşviqi, fərqləndirilməsi və təşkilati motivasiya sisteminin gücləndirilməsi məqsədilə Komitənin Elektron (Digital) Təltif Medalları Sisteminin tətbiqinin təmin edilməsi zərurətini nəzərə alaraq
ƏMR EDİRƏM
- Tələbə Həmkarlar İttifaqı Komitəsinin Elektron (Digital) Təltif Medalları Sistemi — Medalların verilmə meyarları və qaydaları təsdiq edilsin.
- Komitənin bütün struktur bölmələrində təltiflər yalnız təsdiq edilmiş meyarlar əsasında həyata keçirilsin.
- Elektron medalların verilməsi üzrə təqdimatlar struktur rəhbərləri və ya Komitə rəhbərliyi tərəfindən irəli sürülsün.
- Verilmiş medalların qeydiyyatı Komitənin rəsmi elektron reyestrində aparılsın.
- Əmrin nüsxəsi Komitənin rəsmi veb-səhifəsində dərc edilsin.
- Elektron Təltif Medalları Sisteminin tətbiqi və icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Nizami Məmmədov
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Gəncə şəhəri, 19 mart 2026-cı il
