Gələcəyin kənd təsərrüfatı və yaşıl iqtisadiyyatını birlikdə formalaşdırırıq!

Gələcəyin kənd təsərrüfatı və yaşıl iqtisadiyyatını birlikdə formalaşdırırıq!

Azərbaycan Dövlət Aqrar Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq I GreenEco Beynəlxalq Forumu üçün geri sayım başladı!

Bəşəriyyətin gələcəyini müəyyən edən ekoloji çağırışlara ortaq həllər tapmaq, süni intellektin imkanlarını aqrar sahəyə inteqrasiya etmək və dayanıqlı kənd təsərrüfatı modellərini müzakirə etmək üçün qlobal ekspertləri və tərəfdaşlarımızı Gəncə şəhərində bir araya gətiririk.

* Forumun əsas panel istiqamətləri:
– Süni İntellekt Çağında Yaşıl İqtisadiyyat
– Kənd Təsərrüfatı Sahəsində Yaşıl İqtisadiyyat


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Asiya İnkişaf Bankı (AİB) və dünyanın müxtəlif ölkələrindən 15-dən çox nüfuzlu ali təhsil müəssisəsinin tərəfdaşlığı ilə keçiriləcək bu beynəlxalq platforma qlobal innovasiyaların yerli sənayemizin xidmətinə verilməsində mühüm rol oynayacaq.

Tarix: 23 Aprel 2026
Saat: 10:00
Məkan: Heydər Əliyev Mərkəzi (Gəncə şəhəri)