Aydan Elşən qızı Alıyevanın təyinatı haqqında

SDG.hub (Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzi)-nin fəaliyyətinin təşkili, Mərkəzin idarəetmə mexanizminin formalaşdırılması və icra proseslərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə, Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM
  1. Alıyeva Aydan Elşən qızı – SDG.hub (Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzi)-nin Media və Əlaqələr üzrə menecer vəzifəsinə təyin edilsin.
  2. Təyin olunan şəxs Tələbə Həmkarlar İttifaqı Komitəsinin və SDG.hub-un Nizamnamələrinə uyğun olaraq öz vəzifə səlahiyyətlərini icra etsin.
  3. Əmrin nüsxəsi Komitənin rəsmi internet səhifəsində yerləşdirilsin və universitetin aidiyyəti struktur bölmələrinə çatdırılsın.
  4. Əmr imzalandığı gündən qüvvəyə minir.
  5. Əmrin icrasına nəzarət SDG.hub-un rəhbərinə (Eşqin Pərviz oğlu Feziyev) həvalə edilsin.
 
Əsas: SDG.hub rəhbəri E. Feziyevin təhriri məruzəsi.

 

Nizami Məmmədov

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Gəncə şəhəri, 27 fevral 2026-cı il