Elcan Elnur oğlu Heydərovun təyinatı haqqında

Elcan Elnur oğlu Heydərovun təyinatı haqqında          

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin səmərəliliyinin artırılması, Komitədə iş bölgüsünün düzgün təşkili və müvafiq strukturun formalaşdırılması məqsədilə “Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinin 4.3 və 5.1 yarımbəndlərini rəhbər tutaraq

ƏMR EDİRƏM

  1. Elcan Elnur oğlu Heydərov – Beynəlxalq əməkdaşlıq və təşkilatlarla iş üzrə sədr müavini vəzifəsinə təyin edilsin.
  2. Təyin olunan şəxs Komitənin Nizamnaməsinə uyğun öz vəzifə səlahiyyətlərini icra etsin.
  3. Əmrin nüsxəsi Komitənin rəsmi internet səhifəsində yerləşdirilsin və universitetin bütün fakültə və struktur bölmələrinə çatdırılsın.
  4. Əmr imzalandığı gündən qüvvəyə minir.
  5. Əmrin icrasına nəzarət Sədrin birinci müavininə (S.Quliyev) həvalə edilsin.

 

Nizami Məmmədov

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Gəncə şəhəri, 27 noyabr 2025-ci il