19 Mayıs Atatürkü Anma, Gənclər və İdman Bayramı, Baş Konsulluğumuz tərəfindən Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Cavad Xan Tarix və Mədəniyyət Fondu və birgə təşkilatçılığı ilə Göygölün Xan Yaylağında keçirilmiş tədbirlə böyük coşqu ilə qeyd olunmuşdur.
Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun da iştirak etdiyi tədbir çərçivəsində türk və azərbaycanlı tələbələr ortaq adət-ənənələrimizin və milli dəyərlərimizin simvolu olan Alpaut döyüş sənəti, oxçuluq, atçılıq, təbiət yürüşü (trekking), çadır (otağ) qurulması kimi əsas həyat bacarıqları üzrə (Etnosport) həm nəzəri, həm də praktik təcrübələr qazanmaq imkanı əldə etmişlər.