Azərbaycan Könüllülərinin iştirakı ilə təşkil olunan yarışmanın məqsədi könüllülərin konstitusiya və dövlət suverenliyi mövzusunda biliklərinin artırılması, analitik düşünmə və komandada işləmək bacarıqlarının inkişaf etdirilməsi, həmçinin könüllülük mədəniyyətinin təbliği olub.
Yarışmada ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən 100 nəfər könüllüdən ibarət komandalar birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar müxtəlif tapşırıqları yerinə yetirərək həm biliklərini, həm də komanda ruhunu nümayiş etdiriblər.