Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Novruz Bayramı” münasibətilə təntənəli tədbir keçirilmişdir. Bayram şənliyində universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak etmişdir. ![]()
Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış musiqili proqram, milli rəqslər və səhnəciklər tədbirə xüsusi rəng qatmışdır. Bundan əlavə, universitetin hər bir fakültəsi özünəməxsus sərgi təşkil edərək əl işlərini və müxtəlif bədii kompozisiyaları nümayiş etdirmişdir.
Tədbirin sonunda isə Novruzun ayrılmaz simvolu olan tonqal yandırılmış və iştirakçılar onun ətrafında bayram şənliyini davam etdirmişdir.![]()
#novruz #aqrargələcəkgənclərlə #adau #adauthik #asihib #agrogovaz