🚀 “Startap və Biznes” təlimi – Gənclər Həftəsinin ən maraqlı tədbirlərindən biri!
Gənclər Həftəsi çərçivəsində 2-9 fevral 2025-ci il tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində ADAU İnnovasiya Mərkəzinin direktoru Elvin Ağayev tərəfindən “Startap və Biznes” adlı təlim keçirildi. 🌟
Təlimdə iştirakçılar innovativ ideyaların biznesə çevrilməsi yolları, startap ekosisteminin qurulması və komanda idarəetməsi mövzularında dəyərli biliklər əldə etdilər. 💼✨
Həmçinin, təlim iştirakçıları real tapşırıqlar əsasında çalışaraq öz ideyalarını təqdim etmək imkanı qazandılar. Təlimin iştirakçılarına sertifikatlar təqdim edilib!
Bu tədbir, gənclərin sahibkarlıq potensialını gücləndirmək və onları gələcəyin innovativ liderləri olaraq yetişdirmək məqsədi daşıyır. 🌱💡
#AqrarGələcəkGənclərlə 💚#Innovasiya #Startaplar #ADAU #GənclərHəftəsi